Xalq şairi Nəriman Həsənzadəyə ürək sözünüz

Xoş sözləriniz üçün sağ olun!
12
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:17
* * *

Yuxun qaçdı evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.

Güzgü kimi zərif idi gül üzün,
insafdımı torpaq altda çürüsün?!
Duman gəlsin qəbristanı bürüsün,
duman sənə örpək olsun, a laylay,
Torpaq sənə döşək olsun, a laylay.

Yanımdaydın, yaşayırdıq bir babat,
yuxularda gah doğmasan, gah da yad.
Ayılıram-nə sən varsan, nə həyat.
Yuxularda görüşənim, a laylay.
Yaxın ikən gen düşənim, a laylay.

Laylay dedim,beşik dedim məzara,
daş gətirdik, saldıq səni hasara.
Ha yalvardım, ha çağırdım ay Sa…ra!..
Darıxanda həyanımız, a laylay,
Ayrı düşən ünvanımız, a laylay.

DAŞI SEVMƏLİYİK BİZ İNDƏN BELƏ

Gül gətirdim, çiçək qoydum üstünə,
Gül sənindi, yer sənindi, sən mənim.
Sara

Yenə qəbristana düşübdü yolum,
Daş yonur, qum tökür burda ustalar.
Anana baş daşı qoyurlar oğlum,
Səndən xatirədi
məndən yadigar

Oğlundan,ərindən…
Son borcumuzdu,
Qalan borclarımız bir yan qalsın.
O, həyat aşiqi, o, yer qızıydı,
Qoy ondan yer üstə nişanə qalsın.

Həyatda bir sirr var, inan, ay oğul,
Bu sirr açılmayıb qədimdən belə.
Daşdan yonulubdu anan, ay oğul,
Daşı sevməliyik biz indən belə.

Nə deyim, sağ olsun heykəltəraşı,
Gör necədüz verib o gözü, qaşı.
Saçları örpəyin altından çıxıb,
Tək nəfəs verməyi yadından çıxıb.

Bu sirdi, gör necə dəyişir insan,
tanınır, tanınmır…
yaxşı bax, oğlum.
Mənim daş qadınım, sənin daş anan
Bizi qoymayacaq daşlaşaq, oğlum.
11
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:16
QOYMARAM

Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana
apardı sellər Saranı.
bir gülər üzlü balanı..
Nəbati

Gedin deyin Nərimana,
Sıxır məni xəstəxan,.
Xəstəxana batıb qana.
aparır sellər Saranı.
eşitsin ellər Saranı.
Sara

Dözmün azalıb, nə olub yenə,
Belə görməmişdim, ay Sara, səni.
Oxuma yanımda qəm mahnısını,
Qoymaram bu ellər apara səni,
Özüm aparacam gör hara, səni.

Yenə bir çəməndə süfrə açarıq,
Yemlik yığa-yığa arxı aşarıq.
Bir az qocalmışıq, cavanlaşarıq.
Bir az dincələrik bulaqlar üstə,
Quşlar mahnı deyər budaqlar üstə.

Biz ömür sürümüşük ləyaqət ilə,
Biz həyat görmüşük nə minnət ilə.
Ev-eşik qurumuşuq əziyyət ilə,
Bir-bir daş üstünə biz daş qoymuşuq,
Bir halal yastığa biz baş qoymuşuq.

Axşam teatrda qoşa oturaq,
Gündüz artistlərə şən məclis quraq,
Hələ “Pompey” durur, biz də bərk duraq,
Onu bu səhnədə görək, ay Sara,
Bir az səbrin olsun gərək, ay Sara.

Hələ nə görmüşük biz bu dünyada,
Quş havada yaşar, balıq dəryada.
Yağışlar, küləklər döyüb səhrada,
Dünya düzəngahmış, heç bilməmşəm,
Sənə sıığınmışam, Sara dümişəm.

Dözmün azalıb, həyatım mənim,
Belə görməmişdim, ay Sara, səni.
Oxuma yanımda qəm mahnısını,
Qoymaram bu ellər apara səni,
Özüm aparacam dağlara, səni.
10
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:15
MƏN

Kimsə salam verdi mənə rəhm ilə,
Allahın nə yazıq bəndəsiyəm mən.
Tüstüsüz yandım mən odlar içində,
təndirin küt gedən kündəsiyəm mən.

Məndən inciməsin dostlar, tanışlar,
daha yadlaşıbdı doğma baxışlar.
Ey əsən küləklər, yağan yağışlar,
tökülün üstümə dözəsiyəm mən.

Yatır süfrəmizə çörək gətirən,
ailə yükünü təkcə götürən,
Mən boynu büküyəm, o köks ötürən,
Yeganə arxası, kimsəsiəym mən.

Qadındır hər evin isti nəfəsi,
qadın anadırsa-yoxdur əvəzi.
Ağırdı ananın ağır xəstəsi.
atayam, ananın xəstəsiəym mən.
Bəlkə bədbəxtlərin təzəsiəym mən.

AY HƏKİM

Ağzın bəd xəbərə açıldı sənin,
Sonra necə güldün, necə, ay həkim.
Səsin ürəyimə sancıldı sənin,
Həkimlik buydumu səncə, ay həkim.

Sən güldün, yanında ssusub ağladım,
Yenə ümidimi sənə bağladım.
Sağ ikən insana mən yas saxladım,
Verdin əməyimi heçə, ay həkim.

Bir qapı bağladın, yüz qapı açdım,
Qızışn soyuğunda ölkə dolaşdım.
Həkimin əlindən həkimə qaçdım,
Hanı diplomuyun gücü, ay həkim.

Xəstənin yaleyi ilgəkdi pünhan,
Həkimin əlləri düymə bağlayan.
Sən bir qəbristanlıq insan qırmısan,
Bir elmi dərəcə üçün, ay həkim.

Qəbula gələndə bivaxt düşmüşəm,
Bu evdən-eşikdən uzaq düşmüşəm.
Mən sənin əlindən qaçaq düşmüşəm,
Həkimləri seçə-seçə, ay həkim,
Şəhər-şəhər, küçə-küçə, ay həkim.
9
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:14
Salam! Sabahınız xeyir! Necəsiniz?
Xalq şairi Nəriman Həsənzadə haqqında hazırladığınız sayt diqqətəlayiqdir və humanist addımdır.

ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM

Ürəyim ananı istəyir, qızım,
sən yaşa dünyada qəmsiz, kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm,
yaş ötdü məndən xəbərsiz.

Qaşlarım qaradı, saçlarım ağdı,
təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı
amma tək qocalmaq dərd verir hərdən.

“Dağlar” deyə-deyə mən dağ şamışam,
Hanı tale dostum,
ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
dünyayla düz gəlmir daha mən deyən.

Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım, qardaşınla sən olmasayadın,-
deyərdim, dünyada ana olmayıb.

Mən işdən çıxanda eybi yox,-dedim,-
dəyirman dünyadı, çarxa düşmüşəm.
Özümünkü bilib fəxr elədiyim,
arxadan vuranda arxa düşmüşm.

Mən qisas almadım yaşadı düşmən,
ilhamda, sənətdə axırdaydılar.
Qisası aldım mən yalnız özümdən,-
böyüklər də gördüm, çox xırdaydılar,
ilhamda, sənətdə axırdaydılar.

Daha yaş artdıqca, səbrim azalır,
yaş yaşdı…
neyləsən yaş əyir, qızım.
Qadınsız-ata da anasız qalır,
ürəyim ananı istəyir, qızım,
8
nermin abdullazade
07 Mayıs 2016 18:06
salam neriman muellim.siz 2 gun bundan evvel bizim mektebe gelmiwdiniz geliwiniz meni cox sevindirmiwdi.menim anam sizi cox isteyirem fanatinizdi.men sizin kitabinizi isterdim.coxsagolun oxudugunuza gore.
7
Mustafayeva Jalə
20 Şubat 2016 10:26
Salam Nəriman müəllim.Allahtala sizə uzun ömür can sağlığı versin.Nə yaxşı ki varsınız.
Mənim sizdən bir ricam var.
Mən Mingəçevirdəki 17 saylı tam orta məktəbin müəllimələrindənəm.Biz sizin yaradıcılıq gecənizi keçərdəcəyik inşəallah.Pərəstişkarlarınızdan olan Əsədova Könül Qulu qızı sizinlə bircə dəfə telefonlada olsa həm söhbət olmaq istəyir.Mümkünsə Könül müəllimənin bu arzusunu yerinə yetirərdiniz.sizdən çox xahiş edirəm telefon nömrənizi bizə verərdiniz.Hörmətlə Jalə
6
Sevinç Üçgül
06 Şubat 2016 00:45
Kıymetli Neriman Hesenzade, sayfayı dolaşırken o güzel sesinizi kulaklarımızda, sevginiz yüreğimizde hissettim. Allah'tan Size sağlıklı ömür diliyorum. Sevenlerinizi her daim varlığınızla bahtiyar edesiniz.
5
Adil Hemid
29 Ocak 2016 18:23
Size nese demek belke de yersiz olar . Çunki, sozun en deyerlisini, en şirinini ,en menalisini Siz demisiz . Tekce Allahdan size uzun ve saqlam omr arzulayiram ki, sizinle bir dunyada yaşamaq şansimiz bir az da uzansin !
4
Bayram Qurbanov
08 Kasım 2015 21:17
Xoş arzular. isti sevinc və həyatda sağlam uzun ömür ULU TANRIDAN arzu edirəm.
3
Ülker
14 Mayıs 2015 20:58
Sevimli şairimiz Nəriman müəllim!
Sizə can sağlığı arzulayıram.
Defter | Ziyaretçi Defteri | Haberler | Konular |   -   Yönetim