Xalq şairi Nəriman Həsənzadəyə ürək sözünüz

Xoş sözləriniz üçün sağ olun!
18
Kamilə Quliyeva
10 Ocak 2017 18:42
Hörmətli Nəriman Həsənzadə!
Mən sizin əsərlərinizi çox sevirəm.Bu əsərlərdən biri olan Azadlıq himni şeirini isə çox bəyənirəm.Sizə can sağlığı arzu edirəm!
17
Nahid Mirzəyev
26 Kasım 2016 08:04
Salam Nəriman müəllim,
Sizi Ağcabədi rayonundan narahat edirəm. Mənim əmim həvəskar şairdir və sizin böyük pərəstişkarınızdır. Son günlərdə öyrənmişik ki, ağ ciyər xərçəngidir. Ən böyük arzusu şerlərindən ibarət kiçik bir kitab çap etdirmək idi. Ömrünün son günlərində bu arzusunu yerinə yetirib ona hədiyyə etmək istəyirik. Ən çox sevdiyi şair olaraq sizin onun kitabına bir neçə cümlədən ibarət ön söz yazmağınız onun üçün böyük ruh yüksəkliyi olardı. Şerlərini sizə gətirsəm belə bir önsöz yazmaq imkanınız olardımı? Əvvəlcədən təşəkkür edirəm.
Əlaqə saxlamaq istəsəniz əlaqə vasitələrim aşağıdakı kimidir.
Tel:050-275-30-49
Mail:nahidmirzayev@yahoo.com

Hörmətlə
Nahid Mirzəyev
16
Ilham Agayev
24 Kasım 2016 23:56
Salam Neriman muellim,osizi bir weirinizi ewitmiwdim ama size aid oldugunu bilmirdim.eslinde sizi uzden taniyiridm ama adinizi dogrusu siz deye bilmirdim (Neriman HEsenzade ni),o gun bir dosdumun sayesinde bildim,sizin bir weiriniz var bawliig beledir
Sizin qızınızla görüşürük biz,
Gedirik gah yolla, gah kənar izlə.
Bunu mən bilirəm, siz bilmirsiniz,
O gəlir sizin öz icazənizlə.
Cox xowuma geldi heqiqeten bu weir ve inaniram ki diger weirlerinizde bele gozeldir,inwAllah onalrida oxuyacam,Allah size uzun omurler versin Xalqimizin deyerli wairi,Bu sozleri sizin kicik bir davamciniz olaraq menden qebul edin.
15
Rəhimə Ağazadə
17 Ekim 2016 11:37
Salam.Sizin işiniz gücünüz yoxdur?!Gəlməyin bizim məktəbə lazım deyil.
14
Qurban Bayramov
14 Eylül 2016 22:52
Əzizim Nəriman müəllim! "Qurban sənə Qurban!" saytınızı oxudu! Fəxr edirəm! Uca zirvələrinin dolaylarında ürək dolusu gəzişdim! Akademiyada,Ədəbiyyat İnstitutunda böyük alim və əvəzsiz bir İNSAN olan akademik İsa Həbibbəylinin göstərişi və rəhbərliyi ilə hazırlanan "Müstəqillik illərinin ədəbiyyatı" kitabına Sizin haqqınızda portret oçerk yazmağı mənə həvalə edəndə içimdə qürurlandım!.. Sizin yaradıcılığınız barədə indiyənə qədər 3 məqalə yazdığımı da ürəyimdə fəxarətlə xatırladım! Ədəbiyyatımızın Zümrüd quşu Nərimanımız əbədiyyətin böyük şairləri sırasındadır... Allah sizi qorusun!!
Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas.
14.09.2016.
13
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:18
MƏNİM NİGAHIMI POZDU TƏBİƏT

Mənim nigahımı pozdu təbiət,
Köklədi simləri xeyir-şər üstə.
Sənə-məzar boyda yeraltı zülmət,
Qurulu ev qoydu mənə yer üstə.

Beləcə ayırdı o, payımızı,
Pozdu bu qanuni nigahımızı.
Qoruya-qoruya saxladığımız,
Axırda nə oldu?-adi bir kağız.

Arada ağlayan bir məhəbbətdir,
Yastığöın müqəddəs, yerin müqəddəs.
Dövlət vəsiqəsi rəsmi sənəddir.
Möhürü, imzası bir şeyə dəyməz

Son mənzil deyirlər, mən orda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtmaq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq…

FAMİLİMLƏ ÜZ-ÜZƏ

Qəbirlərin içində
Sadə bir qəbir sənin.
Familim mənimkidir,
Ad sənin, ömür sənin.
Nə uşaqlar var idi,
nə indiki vəzifəm,
nə evim, nə ünvanım,
nə indiki ad-sanım.
Kəbin kağızımıza
Yazıldın iki oldum.
Ancaq səninki oldum.
Indi sənin yanında
Səni haraylayıram.
Familimlə üz-üzə
Dayanıb ağayıram,
Səni haraylayıram.
12
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:17
* * *

Yuxun qaçdı evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.

Güzgü kimi zərif idi gül üzün,
insafdımı torpaq altda çürüsün?!
Duman gəlsin qəbristanı bürüsün,
duman sənə örpək olsun, a laylay,
Torpaq sənə döşək olsun, a laylay.

Yanımdaydın, yaşayırdıq bir babat,
yuxularda gah doğmasan, gah da yad.
Ayılıram-nə sən varsan, nə həyat.
Yuxularda görüşənim, a laylay.
Yaxın ikən gen düşənim, a laylay.

Laylay dedim,beşik dedim məzara,
daş gətirdik, saldıq səni hasara.
Ha yalvardım, ha çağırdım ay Sa…ra!..
Darıxanda həyanımız, a laylay,
Ayrı düşən ünvanımız, a laylay.

DAŞI SEVMƏLİYİK BİZ İNDƏN BELƏ

Gül gətirdim, çiçək qoydum üstünə,
Gül sənindi, yer sənindi, sən mənim.
Sara

Yenə qəbristana düşübdü yolum,
Daş yonur, qum tökür burda ustalar.
Anana baş daşı qoyurlar oğlum,
Səndən xatirədi
məndən yadigar

Oğlundan,ərindən…
Son borcumuzdu,
Qalan borclarımız bir yan qalsın.
O, həyat aşiqi, o, yer qızıydı,
Qoy ondan yer üstə nişanə qalsın.

Həyatda bir sirr var, inan, ay oğul,
Bu sirr açılmayıb qədimdən belə.
Daşdan yonulubdu anan, ay oğul,
Daşı sevməliyik biz indən belə.

Nə deyim, sağ olsun heykəltəraşı,
Gör necədüz verib o gözü, qaşı.
Saçları örpəyin altından çıxıb,
Tək nəfəs verməyi yadından çıxıb.

Bu sirdi, gör necə dəyişir insan,
tanınır, tanınmır…
yaxşı bax, oğlum.
Mənim daş qadınım, sənin daş anan
Bizi qoymayacaq daşlaşaq, oğlum.
11
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:16
QOYMARAM

Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana
apardı sellər Saranı.
bir gülər üzlü balanı..
Nəbati

Gedin deyin Nərimana,
Sıxır məni xəstəxan,.
Xəstəxana batıb qana.
aparır sellər Saranı.
eşitsin ellər Saranı.
Sara

Dözmün azalıb, nə olub yenə,
Belə görməmişdim, ay Sara, səni.
Oxuma yanımda qəm mahnısını,
Qoymaram bu ellər apara səni,
Özüm aparacam gör hara, səni.

Yenə bir çəməndə süfrə açarıq,
Yemlik yığa-yığa arxı aşarıq.
Bir az qocalmışıq, cavanlaşarıq.
Bir az dincələrik bulaqlar üstə,
Quşlar mahnı deyər budaqlar üstə.

Biz ömür sürümüşük ləyaqət ilə,
Biz həyat görmüşük nə minnət ilə.
Ev-eşik qurumuşuq əziyyət ilə,
Bir-bir daş üstünə biz daş qoymuşuq,
Bir halal yastığa biz baş qoymuşuq.

Axşam teatrda qoşa oturaq,
Gündüz artistlərə şən məclis quraq,
Hələ “Pompey” durur, biz də bərk duraq,
Onu bu səhnədə görək, ay Sara,
Bir az səbrin olsun gərək, ay Sara.

Hələ nə görmüşük biz bu dünyada,
Quş havada yaşar, balıq dəryada.
Yağışlar, küləklər döyüb səhrada,
Dünya düzəngahmış, heç bilməmşəm,
Sənə sıığınmışam, Sara dümişəm.

Dözmün azalıb, həyatım mənim,
Belə görməmişdim, ay Sara, səni.
Oxuma yanımda qəm mahnısını,
Qoymaram bu ellər apara səni,
Özüm aparacam dağlara, səni.
10
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:15
MƏN

Kimsə salam verdi mənə rəhm ilə,
Allahın nə yazıq bəndəsiyəm mən.
Tüstüsüz yandım mən odlar içində,
təndirin küt gedən kündəsiyəm mən.

Məndən inciməsin dostlar, tanışlar,
daha yadlaşıbdı doğma baxışlar.
Ey əsən küləklər, yağan yağışlar,
tökülün üstümə dözəsiyəm mən.

Yatır süfrəmizə çörək gətirən,
ailə yükünü təkcə götürən,
Mən boynu büküyəm, o köks ötürən,
Yeganə arxası, kimsəsiəym mən.

Qadındır hər evin isti nəfəsi,
qadın anadırsa-yoxdur əvəzi.
Ağırdı ananın ağır xəstəsi.
atayam, ananın xəstəsiəym mən.
Bəlkə bədbəxtlərin təzəsiəym mən.

AY HƏKİM

Ağzın bəd xəbərə açıldı sənin,
Sonra necə güldün, necə, ay həkim.
Səsin ürəyimə sancıldı sənin,
Həkimlik buydumu səncə, ay həkim.

Sən güldün, yanında ssusub ağladım,
Yenə ümidimi sənə bağladım.
Sağ ikən insana mən yas saxladım,
Verdin əməyimi heçə, ay həkim.

Bir qapı bağladın, yüz qapı açdım,
Qızışn soyuğunda ölkə dolaşdım.
Həkimin əlindən həkimə qaçdım,
Hanı diplomuyun gücü, ay həkim.

Xəstənin yaleyi ilgəkdi pünhan,
Həkimin əlləri düymə bağlayan.
Sən bir qəbristanlıq insan qırmısan,
Bir elmi dərəcə üçün, ay həkim.

Qəbula gələndə bivaxt düşmüşəm,
Bu evdən-eşikdən uzaq düşmüşəm.
Mən sənin əlindən qaçaq düşmüşəm,
Həkimləri seçə-seçə, ay həkim,
Şəhər-şəhər, küçə-küçə, ay həkim.
9
Kənan AYDINOĞLU
24 Ağustos 2016 06:14
Salam! Sabahınız xeyir! Necəsiniz?
Xalq şairi Nəriman Həsənzadə haqqında hazırladığınız sayt diqqətəlayiqdir və humanist addımdır.

ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM

Ürəyim ananı istəyir, qızım,
sən yaşa dünyada qəmsiz, kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm,
yaş ötdü məndən xəbərsiz.

Qaşlarım qaradı, saçlarım ağdı,
təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı
amma tək qocalmaq dərd verir hərdən.

“Dağlar” deyə-deyə mən dağ şamışam,
Hanı tale dostum,
ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
dünyayla düz gəlmir daha mən deyən.

Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım, qardaşınla sən olmasayadın,-
deyərdim, dünyada ana olmayıb.

Mən işdən çıxanda eybi yox,-dedim,-
dəyirman dünyadı, çarxa düşmüşəm.
Özümünkü bilib fəxr elədiyim,
arxadan vuranda arxa düşmüşm.

Mən qisas almadım yaşadı düşmən,
ilhamda, sənətdə axırdaydılar.
Qisası aldım mən yalnız özümdən,-
böyüklər də gördüm, çox xırdaydılar,
ilhamda, sənətdə axırdaydılar.

Daha yaş artdıqca, səbrim azalır,
yaş yaşdı…
neyləsən yaş əyir, qızım.
Qadınsız-ata da anasız qalır,
ürəyim ananı istəyir, qızım,
Defter | Ziyaretçi Defteri | Haberler | Konular |   -   Yönetim